Elmar Baxşıyev: "Son 5-6 oyunda "Araz-Naxçıvan"ı tanıya bilmirəm"
- 04 dekabr, 2025
- 22:25
"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev son oyunlarda komandasını tanımaqda çətinlik çəkir.
"Report" xəbər verir ki, mütəxəssis bunu Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Kəpəz"ə qarşı keçirilən oyundan sonra mətbuat konfransında bildirib.
O, məğlub olduqları matç barədə danışıb:
"Oyuna komanda olaraq pis qoşulduq. Kubok və çempionat fərqli yarışdır. Burada gərək əlindən gələnin yüz faizini edəsən ki, məqsədinə çatasan. Açığı, son 5-6 oyunda komandamı tanıya bilmirəm. Meydanda görmək istədiyim komanda yoxdur. Təbii ki, problem özümüzdədir. Bu durumdan çıxmaq üçün daha artığını etməliyik. Hər bir məğlubiyyət təzyiq yaradır. Önəmli olan məğlubiyyət yox, komandanın meydanda göstərdiyi oyundur. Çox zəif çıxış etdik. Səbəbini araşdırmalı, daha yaxşı çıxış etmək məcburiyyətindəyik".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Kəpəz" qarşılaşması gəncəlilərin 1:0 hesablı qələbəsi ilə bitib. Naxçıvan kollektivi mübarizəni 1/8 finalda dayandırıb.