Azərbaycan Basketbol Liqasının VIII turunda "Naxçıvan" "Lənkəran"a qalib gəlib

Komanda
  • 04 dekabr, 2025
  • 22:19
Azərbaycan Basketbol Liqasının VIII turunda Naxçıvan Lənkərana qalib gəlib

Azərbaycan Basketbol Liqasının VIII turunda növbəti oyun keçirilib.

"Report" xəbər verir ki, B qrupunda "Naxçıvan" "Lənkəran"la münasibətlərə aydınlıq gətirib.

"Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşma Naxçıvan kollektivinin 82:75 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sərhədçi" "Ordu"nu 100:64, "Gəncə" "Neftçi"ni 80:73, "Abşeron Lions" NTD-ni 102:87 hesabı ilə məğlub edib.

Son xəbərlər

Bütün Xəbər Lenti