Paşinyan: "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi prosesi geri dönülməzdir
- 20 sentyabr, 2025
- 14:02

"Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi prosesi geri dönülməzdir.
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş Müqaviləsi" partiyasının qurultayında çıxışı zamanı bildirib.
"Təəssüf ki, təcrübə göstərir ki, bəzən cərrahi tədbirlər də lazımdır", - o qeyd edib.
N.Paşinyanın sözlərinə görə, bu proses iki mümkün ssenaridən biri ilə gedəcək: birincisi - "Elektrik Şəbəkələri" milliləşdiriləcək və etibarlı özəl idarəetməyə veriləcək, tam olaraq dövlət mülkiyyətində qalacaq. İkincisi - şirkətin nəzarət səhm paketi nüfuzlu beynəlxalq menecerə veriləcək, lakin Ermənistan mühüm infrastrukturda strateji iştirakı üçün lazım olan qədər səhm saxlayacaq.
"Ölkə rəhbərliyi birinci ssenarinin xərclərinin həddindən artıq yüksək olduğunu görərsə, ikinci yolla addımlayacaq", - baş nazir vurğulayıb.