Hindistanda partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 10 noyabr, 2025
  • 20:13
Hindistanda partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB

Hindistanın Dehli şəhərində baş verən partlaşışda ölənlərin sayı 13 nəfərə çatıb

"Report" xəbər verir ki, bu barədə NDTV telekanalına Dehli polisinin komissarı Satiş Qolç bildirib.

O, qeyd edib ki, "Hyundai I20" avtomobilində baş verən partlayış nəticəsində 13 nəfər ölüb, daha 24 nəfər yaralanıb. Hadisə zamanı nəqliyyat vasitəsində sürücü və sərnişinlər olub. Avtomobil işıqforda dayanıb, bu vaxt partlayş olub və yaxınlıqdakı digər 22 nəqliyyat vasitəsinə zərər dəyib.

Təhqiqata Hindistanın terrorizmə qarşı mübarizə üzrə aparıcı qurumu Milli İstintaq Agentliyi və Milli Təhlükəsizlik Agentliyi qoşulub.

Hindistanın Dehli şəhərində avtomobildə baş verən partlayış nəticəsində səkkiz nəfər həyatını itirib, 24 nəfər isə xəsarət alıb.

"Report" NDTV-yə istinadən xəbər verir ki, hadisə metrostansiyasının yaxınlığında qeydə alınıb.

Dehli polisi güclü partlayışın olması barədə məlumat yayıb.

Hadisə yerinə təxminən 20 yanğınsöndürən maşın göndərilib, polis ərazini tam mühasirəyə alıb. Bu bölgə ilboyu turistlərin sıx ziyarət etdiyi məkanlardan biridir. Yeni Dehlidə yüksək hazırlıq rejimi elan olunub.

Partlayışın səbəbi hələlik məlum deyil.

Son xəbərlər

Bütün Xəbər Lenti