London COP29-da iqlim dəyişikliyi ilə mübarizədə töhfəyə görə Bakıya təşəkkür edib
- 10 noyabr, 2025
- 18:38
Böyük Britaniya COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün dünya birliyini birləşdirməkdə töhfəsinə görə Azərbaycana təşəkkür edib.
"Report"un məlumatına görə, bu barədə Britaniyanın Bakıdakı səfirliyinin "X"dəki paylaşımında qeyd olunub.
"Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verərkən, Birləşmiş Krallıq ötən il dünya birliyini iqlim tədbirlərini irəli aparmaq üçün birləşdirdiyinə görə COP29-un Bakıdakı Azərbaycan sədrliyinə təşəkkür edir.
Bakıdan Belenə və sonra London (qlobal istiləşməni) 1,5 C-də saxlamaq üçün qlobal ambisiyaları stimullaşdırmağa davam edir", - Britaniya diplomatik nümayəndəliyinin bəyanatında deyilir.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP30) Tərəflər Konfransının 30-cu sessiyasına bu gün Braziliyanın Belen şəhərində start verilib.
COP29 daha əvvəl Azərbaycanda keçirilib.