İsrail "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib

Digər ölkələr
  • 10 noyabr, 2025
  • 19:33
İsrail Hizbullahın Livandakı hədəflərinə zərbələr endirib

İsrailin Müdafiə Ordusu Livanın cənubunda və şərqindəki Bekaa vadisində "Hizbullah"ın hədəflərinə bir sıra hücumlar həyata keçirib.

"Report"un xəbərinə görə, bu barədə Ordunun Mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

"İsrailin Müdafiə Ordusu Livanın cənubunda raketlərin atıldığı və hərəkatın son aylar terror fəaliyyəti ilə məşğul olduğu "Hizbullah"ın obyektinə zərbə endirib. Bu obyektdə İsrail dövlətini hədəf alan silahlar vurulub", - açıqlamada bildirilib.

Məlumata görə, zərbələr Livanın cənubundakı En-Nabatiyə şəhəri yaxınlığındakı bir neçə infrastruktur hədəfinə də dəyib. Bekaa vadisində "Hizbullah"ın strateji silah istehsalı müəssisəsinə və silah anbarına hücum edilib.

Ordudan qeyd olunub ki, hərəkat Livanda döyüş potensialını bərpa etməklə məşğuldur və bu cür hərəkətlər, eləcə də "Hizbullah"ın hərbi infrastrukturunun qorunması İsraillə Livan arasında sülh müqavilələrinin pozulmasıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti