Paşinyan: 2026-cı il parlament seçkilərində Baş nazir postuna namizəd olmağa çalışıram

Region
  • 27 noyabr, 2025
  • 15:33
Paşinyan: 2026-cı il parlament seçkilərində Baş nazir postuna namizəd olmağa çalışıram

Ermənistanın Baş naziri, "Vətəndaş Müqaviləsi" partiyasının idarə heyətinin sədri Nikol Paşinyan 2026-cı il parlament seçkilərində partiyanın seçki siyahısına başçılıq etmək və Baş nazir postuna namizəd olmaq niyyətindədir.

"Report"un Ermənistan KİV-inə istinadən məlumatına görə, o, bu barədə brifinq zamanı bildirib.

"Bizim siyasi fəaliyyətimiz mənim şəxsiyyətimlə müəyyən edilmir. "Vətəndaş müqaviləsi" partiyası demokratik partiyadır, bu partiyada seçki prosesləri açıq, şəffaf keçirilir, qərarlar kollegial qaydada qəbul edilir. Mən, deputatlığa namizəd olaraq baş nazir postuna da iddialıyam. Siyahının formalaşması prosesi bütün bu suallara cavab verəcək", - o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti