Şimali Kipr rəsmisi: TDT vasitəsilə ilə bütün dünya ilə danışa bilərik

Xarici siyasət
  • 27 noyabr, 2025
  • 16:45
Şimali Kipr rəsmisi: TDT vasitəsilə ilə bütün dünya ilə danışa bilərik

Şimali Kipr Türk Dövlətləri Təşkilatı (TDT) vasitəsilə bütün dünya ilə danışa bilər.

"Report"un məlumatına görə, bu barədə Şimali Kipr Türk Respublikasının xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı Bakıda keçirilən TDT-nin Media Forumunda bildirib.

Diplomat vurğulayıb ki, Şimali Kiprin beynəlxalq arenada özünü ifadə etmək imkanları Türkiyə ilə strateji tərəfdaşlıq sayəsində əhəmiyyətli dərəcədə genişlənib:

"Ankaranın dəstəyi ilə respublika Türkiyənin peyk texnologiyaları və infrastrukturuna, o cümlədən Türkiyənin peyklərinə çıxış əldə edir ki, bu da radio və televiziya siqnallarının bütün dünya boyu yayımlanmasını təmin edir. TDT-də müşahidəçi statusu ilə iştirak etmək Şimali Kiprə öz mövqelərini gücləndirmək və Kipr türklərinin maraqlarını beynəlxalq arenada daha fəal şəkildə təmsil etmək imkanı verib".

M.Lakadamyalı, həmçinin informasiya təcridinin aradan qaldırılmasının texnoloji aspektlərinə diqqət yetirib: "İndi televiziya və radio agentlikləri süni intellekt və peyk texnologiyaları ilə işləyir. Süni intellekt və yeni texnologiyalar vasitəsilə bütün maneələri aşmaq və dezinformasiyanı aradan qaldırmaq mümkündür".

Son xəbərlər

Bütün Xəbər Lenti