Deputat: Media dinamik inkişaf etsə də, bu sahədə qanunvericiliyin tətbiqi geridə qalır
- 27 noyabr, 2025
- 17:03
Media dinamik inkişaf etsə də, bu sahədə qanunvericiliyin tətbiqi geridə qalır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu çərçivəsində "TDT Ölkələri arasında Rəqəmsal Media Mühitində Qarşılıqlı Əməkdaşlıq İmkanları" adlı paneldəki çıxışında deyib.
O, "Media haqqında" qanunun təkmilləşdirilməsinin zəruriliyinə vurğulayıb:
"Lakin bu, qara piar kampaniyaları və dezinformasiyanın qarşısının tamamilə alınması demək deyil. İnternet məkanındakı fərdi məsuliyyət məsləsinə gəlincə, indiyə qədər belə bir məsuliyyət yükü yox idi. Ancaq İnzibati Xətalar Məcəlləsində bu yöndə edilən dəyişikliklə müəyyən nəticəyə nail olmaq olar".
S.Mikayılova eyni zamanda bu kimi addımların TDT ölkələrində də icrasının vacibliyini qeyd edib:
"Çünki biz din, adət-ənənə və mənəvi dəyərlər baxımından yaxınıq. Bu mənada, qanunvericilik sahəsində də oxşar addımların atılması vacibdir".