KİV: Rusiya Gürcüstanı dost olmayan ölkələr siyahısına daxil edib
Region
- 27 aprel, 2021
- 08:51

Rusiyaya dost olmayan ölkələrin siyahısında Gürcüstan da yer alıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumatı Kremlə yaxın olan jurnalist Dmitri Smirnov Telegram kanalında yayıb.
O bildirib ki, siyahıda Gürcüstanla yanaşı Litva, Latviya, Estoniya, Ukrayna, Polşa, Böyük Britaniya da var.
Jurnalist qeyd edib ki, ABŞ və Çexiya da dost olmayan ölkələr sırasına daxil olunacaq.
Xatırladaq ki, aprelin 24-də Rusiya Prezidenti Vladimir Putin hökumətə ölkəyə dost olmayan dövlətlərin siyahısını hazırlamağı tapşırıb.
Son xəbərlər
07:56
Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var
Hadisə07:44
Çin ABŞ-nin optik fiberlərinə 78,2 %-ə qədər rüsum tətbiq edib
Digər ölkələr07:09
"Google" məxfiliyin pozulmasına görə 425,7 milyon dollar ödəyəcək
İKT06:42
Argentina Prokurorluğu Niderlandda nasistlərin oğurladığı rəsmi müsadirə edib
İncəsənət06:18
CNN: Çin paradda bir sıra yeni güclü silahlar nümayiş etdirib
Digər ölkələr05:53
FİFA: Klublar yay transfer pəncərəsində rekord məbləğdə pul xərcləyiblər
Futbol05:38
NASA: ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək
Digər ölkələr04:56
Polşa Prezidenti: ABŞ ölkəmizə təhlükəsizlik zəmanəti verib
Digər ölkələr04:21