Vens: Çikaqoya Milli Qvardiya yerləşdirmək planımız yoxdur
- 04 sentyabr, 2025
- 04:21

ABŞ Prezidenti Donald Tramp administrasiyasının cinayətlə mübarizə üçün Çikaqoya (İllinoys ştatı) Milli Qvardiya qoşunlarının göndərilməsi ilə bağlı konkret planı yoxdur.
"Report"un Ağ Evin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens deyib.
"Hazırda heç bir plan yoxdur. Lakin ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Amerika vətəndaşlarını, istər Çikaqoda, istərsə də Vaşinqtonda müdafiə etmək üçün qanuni səlahiyyətə malikdir", - Vens deyib.
Çərşənbə axşamı Amerika lideri Milli Qvardiya qoşunlarının Çikaqoya yerləşdiriləcəyini bildirib. Prezident onların dəqiq nə vaxt şəhərə yerləşdiriləcəyini açıqlamayıb.
Tramp İllinoys ştatının qubernatoru Cey Robert Pritskeri ştatın ən böyük şəhərində təhlükəsizliyi təmin edə bilmədiyi üçün dəfələrlə tənqid edib. Amerika liderinin fikrincə, Çikaqo dəhşətli kriminal vəziyyətə görə "cəhənnəm dəliyi"nə çevrilib.