Argentina Prokurorluğu Niderlandda nasistlərin oğurladığı rəsmi müsadirə edib

İncəsənət
  • 04 sentyabr, 2025
  • 06:42
Argentina Prokurorluğu Niderlandda nasistlərin oğurladığı rəsmi müsadirə edib

Argentina Prokurorluğu II Dünya Müharibəsi zamanı nasistlərin ələ keçirdiyi niderlandlı kolleksiyaçı Jak Qaudstikkerin varislərinin axtardığı, italyan rəssamı Vittore Qislandinin (1655-1743) tablosunu müsadirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Baş Prokurorluğunun portalı məlumat yayıb.

"İstintaqda olan şəxsləri müdafiə edən vəkil İkinci Dünya Müharibəsi zamanı nasist işğalı zamanı Niderlandda italiyalı rəssam Vittore Qislandinin oğurlandığı bildirilən "Xanımın portreti" əsərini Mar del Platada Baş Prokurorluğun şöbəsinə təhvil verib", - məlumatda deyilir.

Rəsmin müsadirə edildiyi bildirilir.

Avqust ayında "Algemeen" qəzeti jurnalistlərin İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçan nasist maliyyəçisi Fridrix Kadqinin qızlarına məxsus yoxa çıxmış "Xanımın portreti"ni tapdıqlarını bildirmişdi. Rəsm varislərdən birinin daşınmaz əmlak saytında satışa çıxardığı evin fotosunda görünüb.

Qaudstikkerin varisləri rəsmin geri qaytarılmasına çalışırlar. Argentina prokurorları Kadqinin ailəsi ilə əlaqəli mülklərdə axtarışlar aparıblar. Nasistin varislərindən biri 72 saat ev dustaqlığına buraxılıb. Axtarışlar zamanı həm 19-cu əsrə aid iki rəsm, həm də rəsm və qravüralar müsadirə edilib.