İran Ermənistana və Gürcüstana səfirlər təyin edib

Region
  • 30 oktyabr, 2025
  • 16:58
İran Ermənistana və Gürcüstana səfirlər təyin edib

İran Ermənistana və Gürcüstana yeni səfirlər - Xəlil Şirqulami və Əli Mocanini təyin edib.

"Report"un IRNA-ya istinadən məlumatına görə, onları İranın xarici işlər naziri Abbas Əraqçi Şərqi Azərbaycan əyalətinin iqtisadi məsələlərinə dair müşavirə zamanı təqdim edib.

XİN rəhbərinin sözlərinə görə, X.Şirqulami yaxın vaxtlarda Ermənistana gedəcək.

Qeyd edək ki, X.Şirqulami hazırda İran XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində çalışır.

Son xəbərlər

Bütün Xəbər Lenti