Gürcüstanda etiraz aksiyalarının tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

Region
  • 14 oktyabr, 2025
  • 13:33
Gürcüstanda etiraz aksiyalarının tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

Gürcüstanda etiraz aksiyalarının tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze bəyan edib.

Baş nazirin sözlərinə görə, mövcud cərimələr və inzibati tədbirlər kifayət qədər effektli olmayıb, buna görə həm inzibati, həm də cinayət qanunvericiliyinə əlavə düzəlişlər hazırlanır.

Kobaxidze bildirib ki, etiraz azadlığı qorunmalıdır, lakin bu azadlıq çoxluğun hüquqlarına zidd olmamalıdır:

"Hər kəs öz etirazını qanun çərçivəsində bildirə bilər, amma əgər etirazınızda kifayət qədər təmsil olunmursunuzsa, çoxluğun maraqlarına hörmətlə yanaşmalısınız. Əgər insanların sayı küçəni bağlamağa kifayət etmirsə, başqalarının da azad hərəkət hüququna hörmət göstərilməlidir".

Baş nazir vurğulayıb ki, düzəlişlərin məqsədi az sayda etirazçının ictimai həyatın normal axarına mane olmasının qarşısını almaqdır.

Qeyd edək ki, İ.Kobaxidzenin bu açıqlaması son günlər etiraz aksiyalarının formatı ilə bağlı hökumət və cəmiyyət arasında gedən müzakirələr fonunda səslənib.

Son xəbərlər

Bütün Xəbər Lenti