Fidan: Monteneqroda vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsini gözləyirik

Region
  • 01 noyabr, 2025
  • 01:32
Fidan: Monteneqroda vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsini gözləyirik

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Monteneqro Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Görüş zamanı Hakan Fidan Türkiyə ilə Monteneqro arasında əməkdaşlığı və dostluğu dərinləşdirmək əzmində olduğunu bildirib. O, həmçinin Monteneqroda Türkiyə vətəndaşlarının təhlükəsizliyinə və hüquqlarına qarşı hücumların təkrarlanmasının qarşısını almaq üçün bütün tədbirlərin görülməsinin gözlədiyini bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti