Ermənistan heyəti NATO PA sessiyasında iştirak etmək üçün Lyublyanaya gedəcək

Region
  • 27 sentyabr, 2025
  • 13:09
Ermənistan heyəti NATO PA sessiyasında iştirak etmək üçün Lyublyanaya gedəcək

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Andranik Koçaryanın başçılıq etdiyi nümayəndə heyəti NATO Parlament Assambleyasının illik sessiyasında iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Sessiya 9-13 oktyabr tarixlərində Lyublyanada (Sloveniya) keçiriləcək.

Nümayəndə heyətinə deputatlar Arusyak Culakyan və Vaaqn Aleksanyan, eləcə də nümayəndə heyətinin katibi, parlament aparatının xarici əlaqələr idarəsinin müşaviri Zabela Kazaryan daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti