Aqil Nəbiyev: "III MDB Oyunlarında qazandığımız qələbə önəmli idi"
- 27 sentyabr, 2025
- 14:59

Azərbaycanın U-16 millisinin III MDB Oyunlarında qazandığı qələbə önəmli idi.
"Report" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Aqil Nəbiyev yer aldıqları A qrupunda Tacikistanla oyundan sonra deyib.
Mütəxəssis vacib qələbə qazandıqlarını söyləyib:
"Turnirə qələbə ilə başlamaq xoş haldır. III MDB Oyunlarında hədəfimiz çempionluqdur. Bunun üçün qələbə lazım idi. Rəqib turnirin ən keyfiyyətli komandalarındandır. Önəmli olan öz oyunumuzdur və qələbədir. Bildiyiniz kimi, bu gün sentyabrın 27-si - Anım Günüdür. Önəmli qələbə idi. Bütün futbol ictimaiyyətini, Azərbaycan xalqını təbrik edirəm. Biz qalib xalqıq. Qol fürsətlərindən istifadə etsəydik, nəticə fərqli olardı. Qolumuzu saymadılar, səbəbini bilmədim".
O, Qırğızıstana qarşı keçirəcəkləri növbəti matça da toxunub:
"Rəqibin bir neçə oyununu izləmişik. Məşqlərimizi buna uyğun keçəcəyik və mütləq qələbə qazanmalıyıq".
Qeyd edək ki, III MDB Oyunlarında futbol yarışına oktyabrın 4-də yekun vurulacaq.