Ərdoğanla Putin arasında telefon danışığı olub
Region
- 09 aprel, 2018
- 11:32
Bakı. 9 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
“Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, prezidentlər Suriyanın Şərqi Guta əyalətindəki vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. İlkin məlumata görə, kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.
ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər.
Son xəbərlər
01:45
Gürcüstan "Orta Dəhliz"də rolunu gücləndirmək istəyir
Region01:22
"Bloomberg": Hörmüzdən sutkada 10 mln barelə qədər neft daşınır
Digər ölkələr01:15
DÇ-2026: Belçika - Seneqal oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
Futbol00:55
Serbiya əhalisi 430 mindən çox azalıb
Digər ölkələr00:35
Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Futbol00:26
İranla ABŞ arasında operativ əlaqə kanalı yaradılır
Region00:20
Konqonun baş məşqçisi Sebastyen Desabr: "İngiltərə ilə matçda uğur qazanacağımıza inanırdıq"
Futbol00:12
Tomas Tuxel: "Qələbə qazanmağa layiq olduğumuz matçda çox əziyyət çəkdik"
Futbol00:03