"Bloomberg": Hörmüzdən sutkada 10 mln barelə qədər neft daşınır

Digər ölkələr
  • 02 iyul, 2026
  • 01:22
Bloomberg: Hörmüzdən sutkada 10 mln barelə qədər neft daşınır

Hörmüz boğazından daşınan neftin gündəlik həcmi 10 milyon bareli ötüb.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ABŞ administrasiyasının rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, alternativ marşrutlarla gündə daha 5 milyon barel neft tədarük edilir. Agentliyin qeyd etdiyi kimi, ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlamazdan əvvəl bu marşrut vasitəsilə gündəlik olaraq təxminən 20 milyon barel neft nəql edilirdi.

Daha əvvəl İranın BMT-nin Cenevrədəki daimi nümayəndəsi Əli Bəhreyni kommersiya gəmilərinin keçidi və beynəlxalq gəmiçilik üçün Hörmüz boğazının açılmasını təsdiqləyib.