DÇ-2026: Seneqala əlavə vaxtda vurduğu qolla qalib gələn Belçika 1/8 finala yüksəlib - YENİLƏNİB-9
- 02 iyul, 2026
- 02:50
Futbol üzrə dünya çempionatında Belçika Seneqala qalib gəlib.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 3:2 hesablı qələbə qazanıblar.
Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 2:2. Bu səbəbdən hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb.
Seneqalın heyətində Habib Diarra (24) və İsmaila Sarr (51) fərqləniblər. Belçika komandasında isə Romelu Lukaku (86) və Yuri Tilemans (89, 120+5-pen) adlarını tabloya yazdırıblar.
Belçika 1/8 finalda ABŞ - Bosniya və Herseqovina cütünün qalibi ilə üz-üzə gələcək.
Futbol üzrə dünya çempionatının Belçika - Seneqal oyununda beşinci qol vurulub.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar hesabda irəli çıxıblar - 3:2.
Oynanılan ikinci əlavə hissədə - 120+5-ci dəqiqədə Yuri Tilemans penaltidən fərqlənib.
Futbol üzrə dünya çempionatının Belçika - Seneqal oyununda əlavə vaxt başlayıb.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin matçında qələbə qazanan olmayıb – 2:2.
Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Burada da tərəflərdən biri üstün olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.
Futbol üzrə dünya çempionatının Belçika - Seneqal oyununda əsas vaxt başa çatıb.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin matçında qələbə qazanan olmayıb – 2:2.
Qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq. Burada da tərəflərdən biri üstün olmasa, penaltilər seriyasına ehtiyac duyulacaq.
Futbol üzrə dünya çempionatının Belçika - Seneqal oyununda avropalılar ardıcıl iki qol vuurblar.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin matçında hesaba tarazlıq gəlib - 2:2.
Əvvəlcə 86-cı dəqiqədə Romelu Lukaku hesab arasındakı fərqi azaldıb. 3 dəqiqə sonra isə Yuri Tilemans hesabı bərabərləşdirib.
Futbol üzrə dünya çempionatının Belçika - Seneqal oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin matçında afrikalılar hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 2:0.
51-ci dəqiqədə İsmaila Sarr fərqlənib.
Futbol üzrə dünya çempionatının Belçika - Seneqal oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin matçında afrikalılar hesabda irəlidədirlər - 1:0.
24-cü dəqiqədə Habib Diarra fərqlənib.
Futbol üzrə dünya çempionatının Belçika - Seneqal oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin matçında afrikalılar hesabda irəlidədirlər - 1:0.
24-cü dəqiqədə Habib Diarra fərqlənib.
Futbol üzrə dünya çempionatının Belçika - Seneqal oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin matçında afrikalılar hesabı açıblar - 1:0.
24-cü dəqiqədə Habib Diarra fərqlənib.
Futbol üzrə dünya çempionatının Belçika - Seneqal oyunu başlayıb.
"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Sietl stadionunda keçirilir.
Qarşılaşmanı honduraslı FIFA referisi Said Martines idarə edir.