BƏƏ-də iki narkobaron tutularaq Türkiyəyə ekstradisiya edilib

Region
  • 11 oktyabr, 2025
  • 10:00
BƏƏ-də iki narkobaron tutularaq Türkiyəyə ekstradisiya edilib

Türkiyə Daxili İşlər Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) uyğun qurumları ilə həyata keçirdikləri birgə əməliyyat nəticəsində narkobaron Abdullah Alp Üstün (ləqəbi "Don Vito" ) və onunla eyni mütəşəkkil cinayətkarlıq təşkilatının maliyyə əməliyyatları üzrə "məsul şəxsi" Hasan Lala tutulub.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində məlumat verib.

O bildirib ki, şübhəlilər oktyabrın 11-də səhər saatlarında Türkiyəyə ekstradisiya edilib.

Məlumata görə, Abdullah Alp Üstünün "CHROOKE" adlandırılan mütəşəkkil cinayətkarlıq təşkilatının başçısı olduğu müəyyənləşib və barəsində qırmızı bülletenlə beynəlxalq axtarış elan olunub. Hasan Lala da həmin təşkilatda maliyyə əməliyyatlarından "məsul şəxs" olduğuna görə beynəlxalq axtarışa verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti