Korrupsiyada şübhəli bilinən Mogerini Diplomatik Kollecin rektoru vəzifəsini tərk edib

Digər ölkələr
  • 04 dekabr, 2025
  • 16:57
Korrupsiyada şübhəli bilinən Mogerini Diplomatik Kollecin rektoru vəzifəsini tərk edib

Korrupsiyada şübhəli bilinən Avropa İttifaqının sabiq diplomatiya rəhbəri Federika Mogerini Diplomatik Kollecin rektoru vəzifəsini tərk edib.

"Report" xəbər verir ki, bu barədə "Euroactiv" portalı bildirib.

Araşdırma Avropa İttifaqı tərəfindən maliyyələşdirilən gənc diplomatların hazırlanması proqramı ilə bağlı aparılır. Bundan əvvəl bildirilib ki, Belçika polisi çərşənbə axşamı Brüsseldə Avropa İttifaqının diplomatik xidmətində (Avropa Xarici Fəaliyyət Xidməti - EEAS), eləcə də Brüggedə Avropa Kollecində Aİ vəsaitlərinin guya təyinatı üzrə xərclənməməsi ilə bağlı istintaq çərçivəsində axtarışlar aparıb.

Axtarışlardan sonra Mogerini saxlanılıb.

O, 2020-ci ildən Avropa Kollecinin rektoru vəzifəsini tuturdu, eyni zamanda Brügge, Varşava və Tiranadakı kampuslara rəhbərlik edirdi. 2022-ci ildə o həmdə Diplomatik Akademiyanın direktoru vəzifəsinə təyin olunmuşdu.

Son xəbərlər

Bütün Xəbər Lenti