Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edilib - YENİLƏNİB
- 04 dekabr, 2025
- 17:43
Kəlbəcər və Laçın rayonlarında yanğın dağlıq ərazilərdə mürəkkəb relyefli ərazidədir.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, relyefin mürəkkəbliyi və mütəmadi əsən külək yanğınsöndürmə işlərini çətinləşdirir.
FHN adıçəkilən rayonlarda yanğınla mübarizə tədbirləri davam etdirildiyini və bunun fasiləsiz olaraq həyata keçirildiyini bildirib.
Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində davam edən yanğınların söndürülməsinə iki helikopter cəlb olunub.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazilərdə bir neçə gündür davam edən yanğının meşə massivinə keçməsinin qarşısının alınması üçün tədbirlər görülür.
Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğının məhdudlaşdırılması üçün havadan və qurudan yanğınsöndürmə əməliyyatları davam etdirilir.