Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Region
- 03 fevral, 2021
- 11:56
Gürcüstanın müdafiə nazri İrakli Qaribaşvili Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə tanışlıq xarakterli görüş keçirib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər iki ölkə arasında dost və strateji tərəfdaşlıq münasibətlərini vurğulayıblar.
Görüşdə Azərbaycan və Gürcüstanın müdafiə nazirlikləri arasıda əməkdaşlığın pozitiv dinamikası müzakirə olunub. Söhbət zamanı müdafiə sahəsində əməkdaşlıq sazişinin bağlanması və hərbi təhsil sahəsində əməkdaşlığın əhəmiyyətinə də toxunulub.
Görüşün sonunda gürcü nazir azərbaycanlı həmkarının Tbilisiyə səfər edəcəyinə ümidvarlıq ifadə edib.
Son xəbərlər
23:53
Ceyhun Bayramov qambiyalı həmkarını xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib
Xarici siyasət23:49
Foto
Putinin Uitkoffla görüşü təxminən üç saatdır davam edir - Yenilənib
Digər ölkələr23:47
İnformasiya təhlükəsizliyi: suverenliyə təhdiddən necə qorunaq?
Media23:44
Türkiyə Qara dənizdə gəmilərə hücumları qəbuledilməz adlandırıb
Region23:22
ABŞ ordusu Latın Amerikasında yerüstü hədəflərə zərbələr endirməyə başlayacaq
Digər ölkələr23:11
Video
Azərbaycan Türkiyənin ev sahibliyi etdiyi hərbi dəniz təlimində təmsil olunur
Hərbi22:58
Foto
Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olunub
Xarici siyasət22:56
Azərbaycan YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçilib
Xarici siyasət22:50