Zelenski Trampla Rusiyaya təzyiqləri artırmağı müzakirə edib

Digər ölkələr
  • 04 sentyabr, 2025
  • 19:48
Zelenski Trampla Rusiyaya təzyiqləri artırmağı müzakirə edib

Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün ona qarşı təzyiqlərin artırılması məsələsini müzakirə ediblər.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna lideri Parisdə Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı zamanı deyib.

"Bu gün biz Prezident Trampla danışdıq, ona verdiyi dəstəyə görə təşəkkür edirik. Vəziyyəti sülhə doğru necə çevirmək barədə uzun və ətraflı söhbətimiz oldu. Müxtəlif variantları müzakirə etdik, amma ən əsası təzyiqdir, iqtisadi tədbirlər də daxil olmaqla, güclü tədbirlərlə müharibəni dayandırmağa məcbur etmək üçün atılacaq addımlardır. Sülhün açarı Rusiya maşınını, rus döyüş maşınının puldan, resurslardan məhrum etməkdir", - Zelenski vurğulayıb.