Alen Simonyan sülh sazişinin konstitusiya islahatlarından əvvəl imzalanmasını istisna etməyib

Region
  • 26 sentyabr, 2025
  • 14:21
Alen Simonyan sülh sazişinin konstitusiya islahatlarından əvvəl imzalanmasını istisna etməyib

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla sülh sazişinin konstitusiya islahatlarından əvvəl imzalanması ehtimalını istisna etməyib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onun sözlərinə görə, Ermənistanda konstitusiya islahatları prosesi Azərbaycanın tələbləri ilə bağlı deyil.

A.Simonyan vurğulayıb ki, konstitusiya islahatları ilə bağlı müzakirələr indiki Ermənistan hökuməti tərəfindən koronavirus pandemiyasından əvvəl başladılıb.

Xatırladaq ki, sentyabrın 24-də Ermənistanda Konstitusiya İslahatları Şurasının iclası keçirilib.

Qeyd edək ki, Ermənistanda hakim "Vətəndaş müqaviləsi" partiyası ölkənin yeni konstitusiyasının qəbul edilməsi təşəbbüsü ilə çıxış edib. Gözlənilir ki, partiya 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərində xalqın səsini qazandıqdan sonra ümumxalq referendumu yolu ilə yeni konstitusiyanın qəbul edilməsi prosesini başladacaq.

Ermənistanın Konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması İrəvanla sülh sazişi imzalanması üçün Bakının şərtidir.

Son xəbərlər

Bütün Xəbər Lenti