"Liverpul" həlak olan futbolçusunun almalı olduğu məbləği ailəsinə ödəyib
Futbol
- 26 sentyabr, 2025
- 15:55
İngiltərənin "Liverpul" klubu mərhum futbolçu Dioqu Jotanın müqaviləyə əsasən almalı olduğu məbləği ailəsinə ödəyib.
"Report" xəbər verir ki, bu barədə klubun baş məşqçisi Arne Slot "TNT"yə açıqlamasında bildirib.
Mersisayd təmsilçisi sözləşmənin qalan iki ili üçün nəzərdə tutulan pulu hücumçunun yaxınlarına verib.
İngiltərə mətbuatında yayılan xəbərlərə əsasən, bu məbləğ 10 milyon funt sterlinqə bərabərdir.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü iyulun 3-də qardaşı Andre Silva ilə birlikdə avtomobil qəzasında həlak olub. 2020-ci ildən "Liverpul"da çıxış edən Jota 182 oyunda 65 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024/2025 mövsümündə komanda ilə İngiltərə Premyer Liqasının qalibi olub.
Son xəbərlər
22:48
Astana casusluqda şübhəli bilinən qazaxıstanlının işi ilə bağlı Berlindən cavab gözləyir
Region22:39
Foto
Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ilk oyununda qələbə qazanıb
Komanda22:23
"Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub
Region22:15
ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini 3,5-3,75 % səviyyəsində saxlayıb
Maliyyə22:01
Putin Trampa İranda quru əməliyyatının qəbuledilməz olduğunu deyib
Region21:47
Foto
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Xarici siyasət21:40
Ermənistanda seçicilərin satın alınması işi üzrə daha beş nəfər saxlanılıb
Region21:26
Putin Trampa 9 May münasibətilə Ukrayna ilə atəşkəs elan etməyə hazır olduğunu bildirib
Region21:16