Ağdamda əməyin mühafizəsi sahəsində görülən işlər təqdim olunub

Sosial müdafiə
  • 26 sentyabr, 2025
  • 15:48
Ağdamda əməyin mühafizəsi sahəsində görülən işlər təqdim olunub

Ağdam rayonunda əməyin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyət təqdim edilib.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin rayona təşkil etdiyi mediaturda bəhs olunub.

Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunan mediaturda sosial qismində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmsilçiləri də iştirak ediblər.

Tədbirin məqsədi işğaldan azad olunmuş ərazilərdə əməyin mühafizəsi sahəsində görülən işləri, maarifləndirmə tədbirlərini və rayondakı müəssisələrdə yaradılmış təhlükəsiz iş şəraitini ictimaiyyətə təqdim etmək olub. Bu çərçivədə Ağdam sənaye parkında fəaliyyət göstərən üç istehsal müəssisəsinə baxış keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti