Rus icması Azərbaycan Ordusuna dəstək olaraq avtomobil yürüşü keçirib
Qarabağ
- 31 oktyabr, 2020
- 13:38

Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib.
“Report” xəbər verir ki, tədbir Azərbaycanın Rus icması tərəfindən təşkil olunub.
Azərbaycan, Rusiya və Türkiyə bayraqları ilə bəzədilmiş təxminən 30 avtomobil Milli Məclisin binası qarşısından yürüşə başlayaraq Bakının mərkəzi küçələri ilə, eləcə də Rusiya və Türkiyə səfirliklərinin qarşısından keçməklə irəliləyib. Paytaxt sakinləri avtoyürüş iştirakçılarını coşğu ilə qarşılayıb.
Azərbaycanın Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinin sözlərinə görə, yürüşün məqsədi Azərbaycan Ordusuna dəstək olmaqdır.
“Bu, ədalətli Vətən müharibəsində xalqımıza və Ordumuza, Prezidentimizə və Ali Baş Komandanımız İlham Əliyevə dəstəkdir”, - M.Zabelin deyib.
Son xəbərlər
18:52
Urmiya gölü tamamilə quruyub
Region18:35
"Formula 1" üzrə İtaliya Qran-prisinin qalibi bəlli olub
Fərdi18:32
KİV: ABŞ Rusiyanı "tam çöküş"lə hədələyir
Digər ölkələr18:13
Avropa Kuboku: Azərbaycan millisi tarixində ilk dəfə finala yüksəlib
Komanda18:10
Almaniyada velosiped yarışı zamanı baş verən güclü toqquşma nəticəsində 70-ə yaxın yaralı var
Digər ölkələr18:00
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
Hadisə17:51
Britaniya miqrantların hərbi obyektlərdə yerləşdirilməsi variantını araşdırır
Digər ölkələr17:46
Almaniya əhalisi hakim koalisiyadan narazıdır
Digər ölkələr17:45