Şəmkirdə təcili yardım maşını qəzaya uğrayıb, xəsarət alanlar var

Hadisə
  • 07 sentyabr, 2025
  • 18:00
Şəmkirdə təcili yardım maşını qəzaya uğrayıb, xəsarət alanlar var

Şəmkir rayon ərazisində təcili tibbi yardım maşını qəzaya uğrayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Kür qəsəbəsinə çağırışa gedən ambulans körpü üzərində idarəetmədən çıxaraq digər avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində sürücü, həkim və tibb bacısı xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.