KİV: ABŞ Rusiyanı "tam çöküş"lə hədələyir
Digər ölkələr
- 07 sentyabr, 2025
- 18:32
ABŞ Rusiyaya iqtisadi təzyiqləri artırmağa hazırdır, lakin bunun üçün avropalı müttəfiqlərin dəstəyi lazımdır.
"Report" "The New York Times"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.
Bessent əlavə edib ki, Rusiya neftini alan ölkələrə əlavə ikinci dərəcəli sanksiyaların və tariflərin tətbiqi Rusiya iqtisadiyyatının tamamilə çökməsinə səbəb ola bilər və Rusiya Prezidenti Vladimir Putini danışıqlar masası arxasına keçirə bilər.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir gün əvvəl qeyd edib ki, Rusiyanı sülhə doğru sövq etmək lazımdır və bunun açarı Avropa və ABŞ-nin birgə səylərindədir.
Son xəbərlər
14:33
Pezeşkian: Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq
Region14:25
ABŞ-ın blokadanı ləğv etməsindən sonra ilk konteyner gəmisi İran limanına çatıb
Region14:16
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
Region14:02
Çimərliklərdə güclü külək olacaq
Ekologiya13:55
Sosial şəbəkələr deyil, nəzarətsizlik uşaqları təhlükəyə aparır - RƏY
Sosial müdafiə13:49
Foto
Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Daxili siyasət13:44
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
İnfrastruktur13:41
Orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirilib - YENİLƏNİB
Elm və təhsil13:33
Foto