Kəmaləddin Heydərov: "Dağılan evlər dövlət tərəfindən bərpa olunacaq"
Qarabağ
- 17 oktyabr, 2020
- 05:35

"Erməni terroru nəticəsində dağılan evlər dövlət tərəfindən bərpa olunacaq".
“Report” xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Gəncədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.
“Yeni evlər tikiləcək və həyat ən yüksək səviyyədə davam edəcək. Allah ölənlərə və şəhidlərimizə rəhmət eləsin”, - Nazir bildirib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. İndiyədək dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.
Son xəbərlər
02:54
Braziliyada sərnişin avtobusunun aşması nəticəsində 17 nəfər ölüb
Digər ölkələr02:23
Almaniyada böyük litium yatağı aşkarlanıb
Digər ölkələr01:56
İsrail Qəzzada öldürülən iki girovun nəşini qəbul edib
Digər ölkələr01:48
Netanyahu: Müharibə HƏMAS-ın tərksilahından və Qəzzanın silahsızlaşmasından sonra bitəcək
Digər ölkələr01:21
Tailand və Kamboca ağır silahların sərhəddən çıxarılması ilə bağlı razılığa gəliblər
Digər ölkələr00:48
Foto
"Neftçi"nin yeni transferi Vensan Abubakar Bakıya gəlib
Futbol00:36
Tramp: Narkotik daşıyan sualtı qayıq ABŞ-yə gələrkən məhv edilib
Digər ölkələr00:12
Fidan: Rusiya-Ukrayna müharibəsinin həllində irəliləyişin olacağına ümid edirik
Region23:57