Ermənistan Ordubada raket atıb

Qarabağ
  • 16 oktyabr, 2020
  • 09:38
Ermənistan Ordubada raket atıb

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.