Finlandiya Prezidenti: ABŞ və Avropa Rusiya neft və qazına qarşı sanksiyaları nəzərdən keçirəcək

Digər ölkələr
  • 04 sentyabr, 2025
  • 20:29
Finlandiya Prezidenti: ABŞ və Avropa Rusiya neft və qazına qarşı sanksiyaları nəzərdən keçirəcək

ABŞ Prezidenti Donald Tramp Avropa liderləri ilə söhbəti zamanı ABŞ və Avropanın Rusiyaya qarşı növbəti sanksiyalarla bağlı birgə hərəkət etməsini təklif edib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb jurnalistlərlə söhbətində bildirib.

"Trampın yanaşması ondan ibarət idi ki, sanksiyalar siyasəti ilə bağlı birlikdə hərəkət edək və indi o cümlədən iqtisadi vasitələrlə Rusiya hərbi maşınını dayandırmağın yollarını axtaraq. "Bu işdə iki məqsəd var, dəqiq olsaq, neft və qaz", - Stubb avropalı müttəfiqləri və ABŞ Prezidenti Donald Trampla söhbətindən sonra deyib.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Trampın ən yaxın müşavirləri qarşıdakı 24 saat ərzində sanksiyalar məsələsini müzakirə edəcəklər.

Qeyd edək ki, bu gün Parisdə Fransa, Danimarka, Polşa, Finlandiya və Avropa Komissiyası liderlərinin Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmək üçün görüşü keçirilib.