Milli Məclisin gələn ilki xərclər smetası 52,74 milyon manat təşkil edəcək
Milli Məclis
- 21 noyabr, 2025
- 12:54
Milli Məclisin 2026-cı il üçün xərclər smetası 52,74 milyon manat təşkil edəcək.
"Report"un məlumatına görə, bu 2025-ci illə müqayisədə 222 min 863 manat və ya 0,4 % çoxdur.
Xərclər smetasının strukturunda 39,513 milyon manat əməyin ödənişi, 300 min manat sosial təminat üçün nəzərdə tutulub.
Milli Məclisin xərclərinə qaz istifadəsinə görə 210 min manat, suya görə 35 min manat, elektrik enerjisinə görə 465 min manat daxil edilib.
Parlamentin internet xərcləri 116 min manat səviyyəsində nəzərdə tutulur.
Milli Məclisin deputatları və aparat əməkdaşlarının ölkə daxili ezamiyyətləri üçün 110 min manat, xarici ölkələrə ezamiyyətlə bağlı 2 milyon manat planlaşdırılır.
Son xəbərlər
13:45
Bakıda çalışdığı evdən 50 min manat dəyərində oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
Hadisə13:44
Azərbaycanda sadələşdirilmiş vergi və sosial sığorta dəyişikliklərinin sahibkarlara təsiri açıqlanıb
Maliyyə13:40
Ezzat İbrahim: D-8 Media Mükəmməlliyi Mərkəzi strateji əhəmiyyətli layihədir
Media13:37
Azərbaycanın sərbəst güləşçisi İslamiadada finala yüksəlib
Fərdi13:35
Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb
Daxili siyasət13:35
Alison Huker: ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyanın əsasını qoymaq şərəfdir
Xarici siyasət13:31
"Mançester Siti" ingiltərəli müdafiəçi ilə maraqlanır
Futbol13:24
Bakıda restoranda dörd əməkdaşı elektrik cərəyanı vuraraq öldürüb
Hadisə13:23