Azərbaycanın daha bir sərbəst güləşçisi İslamiadada finala vəsiqə qazanıb - YENİLƏNİB
- 21 noyabr, 2025
- 13:47
Azərbaycanın daha bir sərbəst güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, Ağanəzər Novruzovdan (74 kq) sonra Arseniy Djioyev (86 kq) bu raunda irəliləyib.
O, yarımfinalda tacikistanlı Maqomet Yevloyevdən üstün olub.
Qeyd edək ki, İslamiada bu gün başa çatacaq.
Azərbaycanın sərbəst güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, bəhreynli Maqomedrasul Asluyevə 7:5 hesabı ilə qalib gələn Ağanəzər Novruzov (74 kq) bu raunda irəliləyib.
Arseniy Djioyev (86 kq) yarımfinala yüksəlib. Maqomedxan Maqomedov (97 kq) 1/4 finalda uduzub.
Yarımfinalda məğlub olan Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, İslamiada bu gün başa çatacaq.