Alison Huker: ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyanın əsasını qoymaq şərəfdir
- 21 noyabr, 2025
- 13:35
ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Alison Huker Bakıya ilk səfərinin məhsuldar keçdiyini bildirib.
"Report"un məlumatına görə, "X" hesabında bu barədə yazan A.Huker, səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüyünü qeyd edib.
"ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyanın əsasını qoymaq bizim üçün şərəfdir", - A.Huker yazıb.
Heading home from my first visit to Baku, where I had great meetings with @Bayramov_Jeyhun and @HikmetHajiyev on how we can move forward on @POTUS vision for peace and prosperity in the region. It was a privilege to kick off the U.S.-Azerbaijan Strategic Partnership Charter and… pic.twitter.com/OEyJsqY5kr
— Allison M. Hooker (@UnderSecStateP) November 21, 2025