Dili Ezuqa: D-8 ortaq dəyərlərin qorunması üçün iştirakçı ölkələri birləşdirən platformadır

Media
  • 21 noyabr, 2025
  • 12:54
Dili Ezuqa: D-8 ortaq dəyərlərin qorunması üçün iştirakçı ölkələri birləşdirən platformadır

D-8 sadəcə iqtisadi əməkdaşlıq təşkilatı deyil, həm də iştirakçı ölkələrin maraqlarını və ortaq dəyərlərini qorumaq üçün onları birləşdirən platformadır.

"Report" xəbər verir ki, bunu Nigeriya Mətbuat Şurasının baş direktoru/icraçı katibi doktor Dili Ezuqa Bakıda "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda keçirilən D-8 Media Forumunda çıxışı zamanı bildirib.

"Media və informasiya sahəsində əməkdaşlığımız sabit cəmiyyətlərin, məlumatlı vətəndaşların və dayanıqlı iqtisadiyyatın qurulması üçün həlledici əhəmiyyət kəsb edir. Nigeriya dialoq, əməkdaşlıq və regional birliyə sadiqliyini təsdiqləyir. Səylərimizi birləşdirərək və media resurslarımızdan səmərəli istifadə edərək ictimai etimadı möhkəmləndirə, regional sabitliyi artıra və ölkələrimizin inkişafını sürətləndirə bilərik", - o deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti