Azərbaycan və Albaniya audiovizual media sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- 23 sentyabr, 2025
- 11:14

Azərbaycan və Albaniyanın audiovizual media tənzimləyiciləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Bu barədə "Report"a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, Audiovizual Şuranın sədri İsmət Səttarov Vlora şəhərində Albaniyanın Audiovizual Media Qurumunun (AMA) sədri xanım Armela Krasniqi ilə görüşüb.
İ.Səttarov iki ölkə arasında audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi və daha yüksək mərhələyə qədəm qoyması imkanları mövcuddur.
A.Krasniqi isə iki qurum arasında əməkdaşlığın hazırki vəziyyətindən məmnunluq ifadə edib, münasibətlərin daha da gücləndirilməsi üçün böyük imkanların olduğunu təsdiqləyib.
Görüşdə, həmçinin, EPRA (Avropa audiovizual media tənzimləyicilərinin platforması) və BRAF çərçivəsində uğurlu birgə əməkdaşlıq, habelə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində audiovizual medianın tənzimlənməsi sahəsindəki çağırışlar və onların həlli istiqamətləri müzakirə olunub.