Nataliya Jukova: "Nine Senses"də keçirilən sərgi incəsənət və xeyriyyəni birləşdirdi

Mədəniyyət
  • 18 sentyabr, 2025
  • 21:55
Nataliya Jukova: Nine Sensesdə keçirilən sərgi incəsənət və xeyriyyəni birləşdirdi

"Nine Senses Art Center"də təşkil olunan "Hekayələrin elçiləri" adlı sərgi və auksion incəsənətlə xeyriyyəni bir araya gətirib.

Bu barədə "Report"a mərkəzin direktoru Nataliya Jukova məlumat verib.

"Əvvəlcə rəssam Zeynəb Babayeva və onun anası bizə sərginin təşkili ilə bağlı müraciət etmişdilər. Lakin "Nine Senses" ekspozisiyaya xüsusi məna qatmağı – incəsənəti heyvanlara yardımla birləşdirməyi təklif etdi. Beləliklə, dostluq münasibətlərimiz olan GWARP sığınacağı ilə əməkdaşlıq ideyası ortaya çıxdı. Bu sığınacaq yalnız heyvanların müalicəsi və qayğısı ilə məşğul olmur, həm də onlar üçün sevgi və mərhəmət məkanıdır", – deyə mərkəzin direktoru vurğulayıb.

Onun sözlərinə görə, sığınacağa dəstək layihənin mühüm hissəsinə çevrilib:

"GWARP-a yardım göstərmək mənim üçün çox vacib idi, buna görə də belə bir format düşündük. Zeynəb də dərhal bu ideyaya qoşuldu – o, həmişə heyvanlara kömək etmək istəyib".

N.Jukova həmçinin gənc rəssamın işlərinin bədii dəyərinə diqqət çəkib. Onun sözlərinə görə, Zeynəb Babayevanın əsərləri müasir incəsənətin nümunəsidir:

"Onun personajları təmiz və səmimidir, nə populyarlaşmaq, nə də dəb naminə yaradılıb".

Son xəbərlər

Bütün Xəbər Lenti