Çempionlar Liqası: Azərbaycanın minifutbol komandaları növbəti oyunlarını keçiriblər

Futbol
  • 18 sentyabr, 2025
  • 22:57
Çempionlar Liqası: Azərbaycanın minifutbol komandaları növbəti oyunlarını keçiriblər

Azərbaycanın minifutbol klubları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti oyunlarını keçiriblər.

"Report"un məlumatına görə, ilk olaraq "Aznur" kollektivi meydançaya çıxıb.

Komanda qrup mərhələsinin II turunda əvvəlcə "Grupo Raxu Oviedo" (İspaniya) kollektivini, daha sonra "Pioneer Group Almaty" (Qazaxıstan) komandasını 3:1 hesabı ilə məğlub edib.

"Birbaşa Bakı" qrup mərhələsinin III turunda "Red Start Belgrade" (Serbiya) klubuna heç bir şans tanımayıb - 7:0.

"Zirə" - "Red Meat Burger Saloon Afula" (İsrail) matçı isə 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, "Aznur" ötən gün "Hoverla Zak Praqa" (Çexiya) ilə heç-heçə edib - 1:1. "Birbaşa Bakı" Rumıniya təmsilçisi "Rımniku Vılça" üzərində qələbə qazanıb (4:1), "Portu" ilə qolsuz bərabərə qalıb. "Zirə" Macarıstanın "Budapeşt" komandasını 2:0, Slovakiya təmsilçisi "Jakmart"ı 2:1 hesabı ilə üstələyib.

Son xəbərlər

Bütün Xəbər Lenti