Kurban Berdıyev "Turan Tovuz"un futbolçusuna forma hədiyyə edib
Futbol
- 18 sentyabr, 2025
- 22:30

Misli Premyer Liqasında 100-cü oyununu keçirən "Turan Tovuz"un futbolçusu Ayxan Hüseynova xatirə hədiyəsi təqdim olunub.
"Report" xəbər verir ki, yubilyara 100 nömrəli formanı qərb təmsilçisinin idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov və baş məşqçi Kurban Berdıyev təqdim ediblər.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçinin yubileyi IV tura təsadüf edib. O, "Qəbələ" ilə matçın gedişində meydana daxil olub.
Ayxan Hüseynov 100 qarşılaşmada 13 qola imza atıb. O, Premyer Liqada yalnız bir klubun formasını geyinməklə "Turan Tovuz"da 100 çempionat matçına çıxan ilk oyunçu olub. Oyunçu Premyer Liqada 2022/2023 mövsümündə debüt edib.
Son xəbərlər
23:55
Video
Qərbi Azərbaycan Xronikası: Delimitasiya Tavuşdan Zəngəzura keçdi
Daxili siyasət23:44
Tramp: ABŞ Ukraynada sülhün qorunmasına Rusiya ilə münaqişənin həllindən sonra yardım edə bilər
Digər ölkələr23:41
Kamçatka sahillərində 7,7 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib
Region23:27
ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı qətnaməyə veto qoyub
Digər ölkələr23:24
İndoneziyada 6,1 maqnitudada zəlzələ olub
Digər ölkələr23:22
Tramp Rusiya-Ukrayna münaqişəsinin tezliklə həll olunacağına şübhə edir
Digər ölkələr23:13
İsrail ordusu Qəzzadan 450 mindən çox insanın təxliyə edildiyini açıqlayıb
Digər ölkələr23:07
Fransada etiraz aksiyalarında 300-dən çox insan saxlanılıb – YENİLƏNİB-9
Digər ölkələr22:57