Xalq artisti: Üzeyir Hacıbəylinin əsərləri dünya musiqi xəzinəsinin bir parçasına çevrilib

Mədəniyyət siyasəti
  • 18 sentyabr, 2025
  • 11:11
Xalq artisti: Üzeyir Hacıbəylinin əsərləri dünya musiqi xəzinəsinin bir parçasına çevrilib
Yusif Eyvazov

Üzeyir Hacıbəylinin əsərləri dünya musiqi xəzinəsinin bir parçasına çevrilib.

"Report" xəbər verir ki, bunu Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov Milli Musiqi Günü ilə əlaqədar yenidən işlənən "Koroğlu" operasındakı baş rol ifası barəsində danışarkən deyib.

Xalq artisti bildirib ki, sözügedən opera Azərbaycan musiqi tarixinin incilərindəndir: 

"Mən sizi əmin edirəm, dünya şöhrətli İtaliya bəstəkarlarının musiqi ruhunu bu operada hiss etmək mümkündür. Bu da onu göstərir ki, Üzeyir Hacıbəylinin musiqisi artıq dünyanın musiqi xəzinəsinin bir parçasına çevrilib".

Y.Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsas vəzifələrindən birinin bu cür əsərləri dünya opera səhnələrinə çıxarmaq olduğunu da vurğulayıb: 

"Belə dəyərli operaların xarici ölkələrdə təqdim olunması çox vacibdir. Azərbaycan dövləti və Mədəniyyət Nazirliyi bu layihəyə dəstək verir".

Son xəbərlər

Bütün Xəbər Lenti