Naxçıvan sahibkarları 8 ayda 8 milyon manatdan çox güzəştli kredit alıblar

Biznes
  • 18 sentyabr, 2025
  • 12:48
Naxçıvan sahibkarları 8 ayda 8 milyon manatdan çox güzəştli kredit alıblar

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 106 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,4 milyon manat güzəştli kredit ayırıb.

"Report"un yerli bürosu xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə güzəştli kreditlərin məbləği isə 3,3 dəfə artıb.

Bu dəstək nəticəsində 92 yeni iş yerinin yaradılması nəzərdə tutulur. 

Son xəbərlər

Bütün Xəbər Lenti