Vyanada Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Günü qeyd olunub

Mədəniyyət siyasəti
  • 18 sentyabr, 2025
  • 21:33
Vyanada Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Günü qeyd olunub

18 Sentyabr – Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyi və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vyanadakı Dunay Parkında bəstəkarın abidəsi önündə musiqili-bədii proqram keçirilib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Avstriya dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və soydaşlarımız iştirak ediblər.

Azərbaycan səfiri Rövşən Sadıqbəyli Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə və ictimai həyatına böyük töhfələrindən bəhs edib.

BMT Baş katibinin müavini Qada Vali çıxış edərək "Leyli və Məcnun" operasına heyranlığını bildirib, Vyana Şəhər Parlamentinin üzvü Aslıhan Bozatemur isə şəhər rəhbərliyi adından çıxış edərək abidənin simvolik əhəmiyyətini qeyd edib.

Mədəniyyət Mərkəzinin direktor müavini Elgün Niftəli Hacıbəylinin musiqi mədəniyyətimizdə yaratdığı "ilk"lərdən danışıb və "Arşın mal alan"ın alman dilində yeni quruluşunun oktyabr-noyabrda Vyanada nümayiş olunacağını açıqlayıb.

Sonda Fərid Feyzullayev (violin) və Rodrigo Sámano (violonçel) Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və klassik bəstəkarların əsərlərini ifa ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti