Azərbaycan və İsveç vergi inzibatçılığı sahəsində əməkdaşlığı müzakirə edib

Biznes
  • 28 noyabr, 2025
  • 15:51
Azərbaycan və İsveç vergi inzibatçılığı sahəsində əməkdaşlığı müzakirə edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti İsveçə səfər çərçivəsində həmin ölkənin Vergi Agentliyində işgüzar görüşlər keçirib.

"Report" bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir.

Məlumata görə, səfərin əsas məqsədi təcrübə mübadiləsi aparılması, vergi inzibatçılığı sahəsində qabaqcıl beynəlxalq yanaşmaların öyrənilməsi, rəqəmsal transformasiya proseslərinin təhlili, süni intellekt texnologiyalarının tətbiq edilməsi imkanlarının araşdırılması, borc idarəçiliyi və riskə əsaslanan vergi nəzarəti modellərinin müqayisəli qiymətləndirilməsi olub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti süni intellekt əsaslı xidmət modelləri, aksiz vergilərinə nəzarət mexanizmləri, rəqəmsallaşdırılmış vergi bəyannaməsi ekosisteminin funksional xüsusiyyətləri və insan resurslarının inkişafı strategiyaları üzrə keçirilən təqdimat və müzakirələrdə iştirak edib. Bununla yanaşı, beynəlxalq məlumat mübadiləsinin genişləndirilmiş tətbiqi, böyük həcmli məlumatların risk auditlərində istifadəsi, vergi intizamının gücləndirilməsi və müasir nəzarət alətlərinin səmərəliliyi mövzularında fikir mübadiləsi aparılıb.

Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də birgə təlim və təcrübə proqramlarının davam etdirilməsinin vacibliyini vurğulayaraq bu sahədə ortaq təşəbbüsləri nəzərdən keçiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti