Ahmet Köse: Texnologiyaya sərmayə yatırılması milli təhlükəsizlik məsələsidir
- 28 noyabr, 2025
- 15:54
Hər bir ölkənin texnologiyaya sərmayə yatırması, əslində, milli təhlükəsizlik məsələsidir.
"Report" xəbər verir ki, bunu Türkiyə Texnologiya Komandası Vəqfi və "Teknofest Azərbaycan"ın direktoru Ahmet Köse "Peşələr Sammiti"ndə deyib.
Onun sözlərinə görə, ölkələrin öz yaratdıqları texnoloji investisiyaları artırmaları onları daha da müstəqil edir.
"Hər bir ölkənin texnologiyaya yatırdığı sərmayə, əslində, milli təhlükəsizlik məsələsidir. "Milli texnologiya hərəkatı" dediyimiz anlayışda ölkələrin öz müdafiəsini, kibertəhlükəsizliyini, yaratdıqları texnoloji investisiyaları artırmaları onları daha da müstəqil edir. Çünki ölkələr öz səmasına hakim olmaq istəyirlərsə, ona "qanad taxmaq" məcburiyyətindədirlər. Əgər biz gənclərimizi bu sahədə dəstəkləsək, güvən versək, onların yanında olduğumuzu hiss etdirə bilsək, eləcə də qurumlarımızda çalışan şəxslərə bu istiqamətdə dəstək göstərsək, hər kəsin uğur qazana biləcəyinə inanıram".