Qardaşı: Hacı Murad Yegizarov illərlə xəstəliklə mübarizə aparsa da, onu itirdik

Mədəniyyət siyasəti
  • 16 sentyabr, 2025
  • 10:49
Qardaşı: Hacı Murad Yegizarov illərlə xəstəliklə mübarizə aparsa da, onu itirdik
Rəsul Yegizarov

Azərbaycanın Xalq artisti Hacı Murad Yegizarov 10 il xəstəliklə mübarizə aparsa da, təəssüf ki, onu itirdik.

"Report" xəbər verir ki, bunu mərhumun qardaşı Rəsul Yegizarov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu müddət ərzində qardaşı kifayət qədər dəstək və qayğı görüb:

"Bu mənada, ona diqqət və qayğı göstərən hər kəsə təşəkkür edirəm".

Rəsul Yegizarov Azərbaycan mədəni ictimaiyyətinə ağır itki ilə bağlı başsağlığı da verib:

"Hesab edirəm ki, onun sənəti daim yaşayacaq".

Qeyd edək ki, Hacı Murad Yegizarov uzun sürən xəstəlikdən sonra sentyabrın 13-də Almaniyada vəfat edib. Onun nəşi bu gün Azərbaycana gətirilir.

Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti