BMT ABŞ-Ukrayna danışıqlarından nəticə əldə olunacağına ümid edir

Digər ölkələr
  • 01 dekabr, 2025
  • 21:53
BMT ABŞ-Ukrayna danışıqlarından nəticə əldə olunacağına ümid edir

BMT ABŞ və Ukrayna rəsmilərinin son günlərdə Floridada keçirdikləri danışıqlardan nəticə əldə olunacağına ümid edir.

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik mətbuat konfransında bildirib.

Sözçü qeyd edib ki, danışıqlar hazırda gərgin və həssas mərhələdədir:

"Biz ümid edirik ki, proses BMT-nin uzun müddətdir çağırış etdiyi atəşkəs və davamlı sülhə aparacaq. Görüşlərin davam etməsi vacibdir. Qeyd edim ki, sülh planının tam mətni hələ açıqlanmayıb", - Düjarrik əlavə edib.

Xatırladaq ki, ABŞ və Ukrayna nümayəndə heyətləri bir neçə gün bundan əvvəl Floridada görüşərək sülh planını müzakirə ediblər.

28 bənddən ibarət plan tənqidlərdən sonra 22 bəndə endirilib. Sənəd atəşkəsin təmin edilməsi, münaqişənin diplomatik yolla sona çatdırılması, Ukraynanın bərpası və gələcək təhlükəsizlik zəmanətləri kimi məsələləri əhatə edir.

Son xəbərlər

Bütün Xəbər Lenti