Xarici ölkə və beynəlxalq təşkilatlar Azərbaycana sərmayələri 25% artırıb

Maliyyə
  • 16 dekabr, 2020
  • 10:26
Xarici ölkə və beynəlxalq təşkilatlar Azərbaycana sərmayələri 25% artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xarici müəssisə və təşkilatlar 4 586,1 milyon manat vəsait yönəldib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% çoxdur.

11 ay ərzində xarici ölkə və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 974,8 milyon manatı (86,7%-i) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olub. Bu da ilik müqayisədə 24,9% çoxdur.